Prezident tibbi maska taxarkən çətin anlar yaşadı - VİDEO


Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa tibbi maska taxarkən çətin anlar yaşayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Siril Ramaposa vətəndaşlarını dünyada yayılan yeni növ koronavirusdan qorunmaq üçün maska taxmağa çağırıb.
Prezident çıxışını tamamladıqdan sonra əlindəki tibbi maskadan istifadə etmək istəyib ancaq, bunu bacarmayıb.
Bir neçə cəhddən sonra maskanı taxan Cənubi Afrika Respublikası prezidentinin düşdüyü çətin anlar sosial şəbəkələrdə ən çox izlənən görüntülər sırasına daxil olub.
Qeyd edək ki, Cənubi Afrika Respublikasında bu günə qədər 3 min 953 nəfər COVİD-19-a yoluxub, 75 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top