Çin Şimali Koreya liderinin müalicəsi üçün həkim briqadası göndərib - İDDİA


Ürək əməliyyatı olan və səhhətinin pisləşdiyi deyilən Şimali Koreya lideri barədə yeni iddialar ortaya çıxıb.
Yeniavaz.com "Reuters"ə istinadla xəbər verir ki, Kim Çen Inın səhhəti barədə şaiyələrin çoxaldığı  vaxtda Çindən Şimali Koreyaya həmin briqadası göndərilib. Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr şöbəsinin yüksək vəsifəli şəxsinin rəhbərlik etdiyi həkim qrupunun cümə axşamı günü Çinə getdiyi bildirilir. "Reuters" hadisəni rəsmi mənbələrdən dəqiqləşdirməyə çalışsa da buna nail ola bilməyib. Ancaq, Şimali Koreyadan etibarlı mənbədən verilən xəbərdə Kim Çenin yaxın günlərdə ictimaiyyətə görünəcəyi bildirilib.
Qeyd edək ki, aprelin 12-də Cənubi Koreyada fəaliyyət göstərən mətbuat orqanlarından biri Şimali Koreya liderinin ürək əməliyyatı olduğu xəbərini yaymışdı. Məlumat üçün deyək ki, 2008-ci ildə Kim Çenin atası Kim Yonqun səhhəti pisləşəndə Cənubi Koreya mediası Çin və Fransa həkimlərinin Şimali Koreyaya səfər etdiyi xəbərini vermişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top