
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin mənəvi oğlu yeni növ koronavirus səbəbilə dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, COVİD-19 səbəbilə dünyasını dəyişən Əli Çetin Şenər 8 yaşından bəri Süleyman-Nazmiyə Dəmirəl cütlüyünün yanında böyüyüb.
Evləndikdən sonra belə Dəmirəl ailəsi ilə əlaqəsini kəsməyən Əli Çətinin yeni növ koronavirusdan öldüyünü siyasətçi Muhsin Alnıaçıq sosial şəbəkə vasitəsilə bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz