"Son testlərin nəticəsində qərara gəldik ki, yumşaltmaya getmək olar"


"Son testlərin nəticəsində qərara gəldik ki, yumşaltmaya getmək olar".

Yeniavaz.com xəbər verir ki, bunu AzTV-də yayımlanan "Hədəf" verilişinin qonağı olan TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayevanın rəsmisinin sözlərinə görə, artıq pozitiv tendensiya var:

"Bu gün ölkə üzrə 44 yoluxma, 65 sağalan şəxs olub. Ümumi olaraq bu xəstəliyə yoluxmuş mindən çox vətəndaş sağalıb. Pozitiv tendensiya var. Qeyd edim ki, pozitiv tendensiya sadəcə yoluxan və sağalan şəxslərin sayı ilə təyin olunmur, eyni zamanda apardığımız testlərin sayı ilə müəyyənləşir. Biz son bir həftə ərzində testlərin sayını gündəlik olaraq 4-5 min arasında məqsədyönlü testlər apardıq. Çalışdıq ki, sadəcə xəstələr yox, insanlarla çox ünsiyyətdə olan qruplar arasında testlər aparaq və yoluxmanın hansı səviyyədə olduğunu görək. Son testlərin nəticəsində qərara gəldik ki, yumşaltmaya getmək olar".

DİGƏR XƏBƏRLƏR

Top