“Landmark” aztəminatlı ailələrə yardım etdi


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan ölkə miqyasında köməyə ehtiyacı olanların sayı artıb.Bunu nəzərə alan ayrı-ayrı şəxslər, iş adamları dar günün dostu kimi çıxış edərək aztəminatlı ailələrə kömək əli uzadırlar.
 “Landmark” İş Mərkəzi də son günlərdə baş verən hadisələrə laqeyid qalmayıblar. Belə ki, mərkəzininin təşəbbüsü ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan aztəminatlı  ailələrin siyahısı hazırlanaraq kollektivə təqdim edilmişdir. Həmin siyahı əsasında 70 ailəyə  yardım məqsədli qida bağlamaları göndərilib.
 Qeyd edək ki, “Landmark” İş Mərkəzi Prezident İlham Əliyevin çağırışına cavab olaraq İctimai İaşə və Turzim sahəsində çalışan 200 əməkdaşından heç birini ixtisara salmamışdır.



 

DİGƏR XƏBƏRLƏR

Top