Azərbaycanda koronavirusla bağlı yeni laboratoriya fəaliyyətə başlayacaq - RƏSMİ

“Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün imkanlar mövcuddur. COVID-19-un aşkarlanması üçün 18 laboratoriyanın fəaliyyəti tam təmin edilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 115 minə yaxın test aparılıb.

O qeyd edib ki, aprelin 20-də Şəkidə yeni laboratoriya fəaliyyətə başlayıb:

“Aprelin 26-da isə Sumqayıt şəhərində yeni laboratoriya təhvil veriləcək”. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top