Ukraynada erməni nazir dövlətin strateji maraqlarını belə tapdaladı - FOTOFAKT


Xəbər verdiyimiz kimi, Ukrayna Xarici İşlər Nazirliyi qondarma “erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət orqanlarının nümayəndələrinə məktub göndərərək onlardan “erməni soyqırımı” ifadəsini işlətməmələrini istəyib.
Yeniavaz.com
xəbər verir ki, Xarici İşlər Nazirinin müavini Vasili Bodnarın imzası ilə göndərilən məktubda Ukraynanın "erməni soyqırımı"nı tanımadığı bildirilir.
Məktubda qeyd olunur ki, Osmanlı İmperiyasının erməni əhalisi ilə baş verən hadisələr 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən soyqırım termini tərifinə (hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə edilən hərəkətlər) daxil edilmir.
Xarici İşlər Nazirliyi həmçinin xatıraladır ki, Ermənistanın Rusiyanın xarici siyasətini dəstəkləyərək beynəlxalq təşkilatlarda Ukrayna üçün vacib olan qətnamələrə qarşı səs verir. Məktubda daha sonra qeyd edilir ki, “erməni soyqırımı” məsələsi Ukraynanın strateji tərəfdaşı - Türkiyə üçün həssasdır və bunu tarixçilər həll etməlidirlər.
Lakin çox qəribədir ki, Ukrayna Xarici İşlər Nazirliyinin qeyd olunan məktubuna baxmayaraq ölkənin erməni əsilli Daxili işlər naziri Arsen Avakov (Avakyan) bu gün sosial şəbəkə hesabından paylaşdığı məlumatda “Erməni soyqırımı” ifadəsini işlədib.

Arsen Avakyan yazıb ki, 24 aprel - Erməni Soyqırımının anım günüdür. Ukraynanın Daxili işlər naziri daha sonra qeyd edib ki, 1915-ci ildən sonra 1924-cü ilə kimi milyonlarla insan öldürülüb.
Məlumat üçün bildirək ki, Aresn Avakyan 1964-cü ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulub. Atası erməni əsilli Boris Surenoviç Avakyan hərbi təyyarəçi olub. Anası isə osetin Tani Matveyevna Qabaraeva olub. 2005-10-cu illərdə Xarkov vilayətinin qubernatoru, 2012-14-cü illərdə Ukrayna parlamentinin deputatı olan Avakyan eyni zamanda Ukraynanın ən varlı şəxslərindən biri hesab olunur. Bir-neçə il əvvəl açıqlanan rəsmi məlumata görə Avakyan Ukraynanın ən varlı şəxsləri arasında 118-ci sırada yer alıb. Rəsmi şəkildə açıqlanan sərvəti isə 100 milyon dollara bərabərdir.
Ukrayna Xarici İşlər Nazirliyinin dövlət orqanlarına ünvanladığı məktub:

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top