15 ildir fəaliyyət göstərən "youtube"a yüklənən İLK VİDEO


2005-ci ildə qurulan "youtube"a ilk videonun yüklənməsindən 15 il ötüb.
Yeniavaz.com
xəbər verir ki, 2005-ci il fevral ayının 14-də qurulan "youtube"a ilk video 2005-ci il fevral ayının 23-də yüklənib.
Həmin video ABŞ-ın Kaliforniya ştatının San Diyeqo şəhərində çəkildiyi bildirilib.
Videonu yükləyən şəxs "youtube" qurucularından əslən Banqladeşdən olan Cavid Kərimdir.
Zooparkda çəkilən görüntülərdə Cavid fil qəfəsinin qarşısında dayanaraq heyvan haqqında məlumat verir.
Bu günə qədər 91 milyondan çox izlənən həmin videonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top