
Koronavirusun ən çox yayıldığı ölkə olan İspaniyada son 24 saatda ölənlərin və yoluxanların sayı açıqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi virusdan ölənlərin sayının son üç gündə artmasından sonra, ilk dəfə ən aşağı səviyyəyə düşdüyünü açıqlayıb.
Bildirilib ki, son 24 saatda ölənlərin sayı 367 nəfər olub ki, bu da son bir ayın ən aşağı ölüm sayıdır.
Qeyd edək ki, İspaniyada koronavirusdan ölənlərin sayı 22 524, infeksiyaya yoluxanların sayı isə 219 769 nəfərə çatıb.
İlkin Uğur
Tətbiqimizi yükləyə bilərsiniz