Saakaşvili Zelenskinin vəzifə təklifinə CAVAB VERDİ


Gürcüstanın keçmiş rəhbəri Mixail Saakaşvili Ukrayna prezidenti Vladimir Zelenskinin təklifi ilə bağlı qərarını verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Vladimir Zelenskinin Baş Nazirin müavini olmaq təklifi ilə razılaşıb.
Saakaşvilinin sözlərinə görə, Ukrayna lideri ona Beynəlxalq Valyuta Fondu ilə, beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparmaq barədə göstəriş verib.
"Kiyevin daha aydın danışıqlara və daha məqbul şərtlərə ehtiyacı var. Ukrayna çox güclü bir iqtisadi fırtına, böhran dövrünə girir. Təkcə Ukrayna iqtisadiyyatını xilas etmək üçün deyil, hər bir Ukrayna ailəsinə zərbəni zəiflətmək və ümumiyyətlə dövləti xilas etmək üçün çox fövqəladə addımlar atmalıyıq” - deyə, Saakaşvili qeyd edib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top