Xırdalan dairəsində işlər nə vaxt yekunlaşır? - AÇIQLAMA


“Xırdalan dairəsi ətrafında genişləndirilmə və yenidənqurma işlərinin mayın sonuna kimi yekunlaşdırılması planlaşdırılır”.
Bunu Yeniavaz.com-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, tunelin inşaası və digər yenidənqurma işləri tıxacın aradan qaldırılması üçündür:
"Dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsinə düşür. Növbəti mərhələdə dayaqların yolun hərəkət hissəsindən kənarlaşdırılması ilə körpünün əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Sulutəpə dairəsi üzərində tıxacın aradan qaldırılması üçün yol ötürücüsünün inşaası nəzərdə tutulur”.
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top