Azərbaycanda otellərin nə qədər pul qazandıqları AÇIQLANDI


Bu ilin ilk 3 ayında Azərbaycanda otellərin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,8% azalaraq 60 milyon manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, gəlirlərin 58,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,8%-i ictimai iaşə xidmətlərindən, 3,9%- i müalicə və sağlamlıq xidmətlərindən, 9,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 12,2% səviyyəsində olub (2019-cu ilin yanvar-mart aylarında 15,7%). Bu göstərici Naftalanda 43,4%, Beyləqanda 27,2%, Qusarda 26,9%, Şabranda 25,6%, Qəbələdə 18,7%, Cəlilabadda 18,4%, Qubada 18,3%, Bakıda 17,3%, Naxçıvan Muxtar Respublikasında 16,5%, Sabirabadda 15,3%, Göyçayda 13,9%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

DİGƏR XƏBƏRLƏR

Top