Koronavirusun yayılması ilə ən çox qazanan bu şəxsdir - Ayda bir milyard dollar


Dünyada yayılan yeni növ koronavirus səbəbilə ən çox qazanan iş adamının adı açıqlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, dünyada COVİD-19-un kütləvi şəkildə yayılmasından sonra ən çox qazanan şəxs sinqapurlu Li Xitinqdir. Başda süni nəfəs aparatları olmaqla dünya ölkələrinə bir çox tibbi ləvazimatlar satan Li Xitinq ayda 1 milyard dollar qazanır. 2020-ci ilin əvvəlindən bu günə qədər 6,9 milyar dollar qazanan sinqapurlu iş adamının ümumi sərvəti 13,5 milyard dollara çatıb.

DİGƏR XƏBƏRLƏR

Top