Şəxsi maşınlarla karantin postuna "protiv" gedən polislər - VİDEO


Bakıda şəxsi avtomobilləri ilə əks istiqamətə çıxan polis əməkdaşlarının görüntüləri kameraya düşüb.
Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu Yavər Əliyev küçəsində qeydə alınıb. Belə ki, Yavər Əliyev küçəsində qurulan karantin postunda tıxac yarandığı üçün 50-DK-369 qeydiyyat nişanlı "Renault" markalı və 99-UV-191 qeydiyyat nişanlı "Opel" markalı avtomobilləri idarə edən polis əməkdaşları 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. Onlar qarşıdan gələn sürücülərə maneə yaradıb. 

Görüntülərdə də sükan arxasında polis əməkdaşlarının olduğu aydın şəkildə görünür.

DİGƏR XƏBƏRLƏR

Top