Bakıda məşhur xəstəxananın baş həkimi ölü adama arayış yazıb? – İDDİA + FOTOLAR


Bakı Sağlamlıq Mərkəzinin baş həkiminin vəfat etmiş şəxsə arayış yazması ilə bağlı sosial şəbəkələrdə iddia yayılıb.
Yenivaz.com xəbər verir ki, bu iddianı Bakı Sağlamlıq Mərkəzində dünyasını dəyişmiş Ələsgər Ağakişiyevin qardaşının oğlu Ceyhun Ağakişiyev səsləndirib və fotolar paylaşıb.


C. Ağakişiyev həmçinin bildirib ki, mərhumu qeydiyyatda olduqları Xaçmaz rayonuna apararkən, yalnız bir polis postunda bu vəziyyətin fərqinə varıblar:
“Bir neçə gün əvvəl əmim xəstəxanada dünyasını dəyişdi. Əsas sözüm bu deyil, heç bir həkimi də buna görə günahlandırmırıq. Biz cənazəni rayona aparmaq üçün xəstəxanadan bir sənəd istədik. Bizə bir arayış verdilər, ölkənin ən böyük xəstəxanalarından birinin baş həkiminin imzasıyla verilən arayış. Elə xəstəxanadaca bu arayışın ölən adamın adına deyil, cənazəni aparacaq adamların adına yazılmalı olduğunu söylədik. Amma bir arayışı 2 saata yazdıqları üçün daha 2 saat gözləmək imkanımız yox idi. Arayışa diqqət edək: Öncə doğum tarixi 11.08.1946 əvəzinə 11.02.19746 yazılıb. Qəbul edirəm ki, bu mexaniki səhvdir. Amma, imzalayan kəs oxuyub sonra imza atmalıdır hər halda. 
İkinci əsas məqam, arayışı ölən adama veriblər və tələb olunan yerə təqdim etsin deyirlər. Ölən adam harada və kimə təqdim edəcək görəsən bu arayışı? Bunu yazan, imzalayan və illərlə bu tip arayış verən adamlar nə düşünürlər?”.
Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxladıq. Səhiyyə qurumundan zəngimizin məqsədini öyrəndikdən sonra, telefonu söndürdülər və növbəti zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top