Koronavirusun daha 3 simptomu ortaya çıxdı - Ətrafda baş verən hadisələrə...


ABŞ-lı araşdırmaçılar yeni növ koronavirusun xüsusilə yaşlı adamlarda özünü göstərən yeni simptomları barədə danışıblar.
Yeniavaz.com
"Sözcü"yə istinadla xəbər verir ki, ABŞ-ın tanınmış "Emory" Universitetinin herontologiya və heriatriya şöbə müdiri Kamille Vuqan yaşlı insanlarda yeni növ kopronavirusun daha 3 yeni simptomunun ortaya çıxdığını bildirib:
"COVİD-19-a yoluxan əksər xəstələrdə yüksək hərarət, öskürək, təngnəfəslik kimi simptomlar özünü göstərir ancaq, bəzi yaşlı adamlarda xəstəlik əlamətləri fərqli şəkildə özünü göstərir. Bir çox halda  yuxarıda sadaladığımız əlamətlər yaşlılarda olmur, onlar özlərini itirmiş kimi aparırlar. Normaldan daha çox yatırlar və yemək yemirlər. Hətta ayıq olduqları halda ətrafda baş verən hadisələrə reaksiya vermirlər".
Qeyd edək ki, yeni növ koronavirus səbəbilə dünyada 191 min 84 nəfər dünyasını dəyişib, 2 milyon 726 min 770 nəfər həmin xəstəliyə yoluxux, 749 min 888 nəfər isə sağalaraq evə buraxılıb. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top