
Dünyada yayılan yeni növ koronavirusla mübarizədə müsbət nəticə verəcəyi gözlənilən dərmanın sınağı başa çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Trampın "COVİD-19-a qarşı bu dərmandan ümidliyik" dediyi dərman vasitəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən sınaqdan keçirilib. 237 xəstə üzərində aparılan sınaqlar mənfi nəticələnib. ABŞ-da fəaliyyət göstərən "Gilead Sciences" adlı şirkət tərəfindən hazırlanan həmin dərman barədə Ümumdünya Səhiyyə Təşkilatı bu ifadələri işlədib: "Bəhs edilən dərman vasitəsi sınaqdan keçirildi və COVİD-19 xəstələrində heç bir şəkildə müsbət nəticə vermədi. 18 xəstədə isə əks təsir göstərdiyi üçün onların sınaq müddəti daha tez bitirildi".
Ruslan Yusibov
Tətbiqimizi yükləyə bilərsiniz