Azərbaycanlı futbolçu paytaxt meri olmaq istəyir


Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev paytaxt meri olmaq istəyir.

Bu barədə əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi şəxsi "Instagram"ında canlı yayım zamanı açıqlama verib. Əliyev bu vəzifəyə seçilməklə, idmanı dirçəltmək istəyini ifadə edib: "Məmnuniyyətlə Kiyev meri olardım. İdmanı nə qədər ayağa qaldırardım".

Qeyd edək ki, daha əvvəl Aleksandr Əliyev Ukrayna Premyer Liqası və hətta Ukrayna Futbol Federasiyasına rəhbərlik etmək arzusunu dilə gətirib. //Report

DİGƏR XƏBƏRLƏR

Top