Bakıda avtomobil dirəyə çırpıldı, yandı


Bakıda ağır yol qəzası olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Xətai rayonunda baş verib. Belə ki, BMW markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top