Bakıda karantin qaydalarını pozan şəxs 15 sutka həbs olunub


Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə,  aprelin 23-də Səbail rayonu Neftçilər prospekti – 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina edib, səs-küy salıb, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.

Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lənkəran rayon sakini  Cəmil Əhmədli olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top