İt əti yeyən ölkələrin SİYAHISI


Koronavirusa ən çox yoluxan canlılardan biri də itlər hesab olunur.

Yeniavaz.com xəbər verir ki, “CCoV” olaraq adlandırılan bu koronavirusa ilk dəfə 1971-ci ildə Almaniya ordusunda saxlanılan mühafizə itlərində rast gəlinib.
“CCoV” koronavirusu hazırda itlər arasında daha geniş yayılıb. Müalicə aparılmazsa koronavirusa yoluxan itlər arasında ölüm nisbəti 50-70% olur.  Hazırda itlərdə yayılan koronavirusa qarşı ABŞ-da hazırlanan vaksindən istifadə olunur.
İtlərdə yayılan “CCoV” koronavirusunin insanlara keçməsi halı qeydə alınmasa da, itlərin bir sıra təhlükəli virus daşıyıcısı olduğu məlumdur. Lakin maraqlıdır ki, dünyada hələ də it ətindən qida məhsulu kimi istifadə edilməkdədir.
Dünyanın bəzi ölkələrində it ətindən hansısa inanclara əsaslanan rituallar zamanı istifadə edilir. Məşhur “worldpopulationreview” portalında yer alan hesabatda qeyd olunur ki, Afrikanın bir neçə ölkəsində it ətindən yalnız bu cür rituallar zamanı istifadə edilir. Burkina Fasoda it ət restoranlarda istifadə olunmasa da, ailələrdə hələ də istifadə olunur. Bu ölkədə ailəyə hörmətli qonaq gəldiyi zaman süfrəyə  it ətindən hazırlanan yemək qoymaq ənənəsi hələ də davam edir. Bənzər adətə Afrikanın başqa bir ölkəsi Qanada da rast gəlmək olur.
Avropda it ətindən istifadə edən yeganə ölkə İsveçrə hesab olunur. İsveçrədə it əti kolbasa şəkilində istehlak olunur. Bir-neçə il əvvəl aparılan araşdırmaya görə İsveçrədə insanların təxminən 3% -i it ətindən hazırlanan kolbasadan istifadə edib. Polşada it ətindən istifadə olunmasa da bu ölkədə bəzi insanlar it ətinin bədən ağrılarını aradan qaldırmaq kimi dərman xüsusiyyətlərinə sahib olduğuna inanırlar.
İt ətindən qida məhsulu kimi istifadə edən ölkələrin başında Çin dayanır. Çində hər il təxminən 20 milyon it istehlak edilir. İt əti ənənəvi Çin mətbəxtində geniş yer tutur. Hər il Çinin Yulin  şəhərində it ətinin satıldığı böyük festival keçirilir.
Çindən sonra it ətindən ən çox istifadə edən ölkə Vyetnam hesab olunur. Hətta Vyetnamda kəsmək üçün evlərdə it belə saxlayırlar. Bu ölkədə it ətinin dərman xüsusiyyətlərinə sahib olduğuna və bəxt gətirdiyinə inanırlar.
Bəzi ölkələrdə isə it ətindən istifadə olunmasa da, ondan qida məhsulu kimi istifadə qadağan olunmayıb. Məsələn, ABŞ-ın əksər ştatlarında it və pişik ətinin yeyilməsini qadağan edən heç bir qanun yoxdur. Texas, Oklahoma və Kanzas ştatlarında yaşayan “Kickapoo Native” adlı yerli qəbilədə  dini rituallar zamanı it ətindən hazılanan yeməkdən istifadə olunur.
Eyni zamanda Hindistan, Cənubi Koreya və Nigeriyada da it ətindən qida məhsulu kimi istifadə hallarına rast gəlmək mümkündür.
A.Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top