Tramp ona qarşı çıxan həkimi işdən kənarlaşdırdı


ABŞ Prezidenti Donald Trampın təriflədiyi koronavirusun müalicəsində də istifadə olunacaq dərman hidroksiklorokinə görə bir alim işdən çıxarılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Amerikada araşdırmalarını davam etdirəm Biotibb Araşdırma və İnkişaf Mərkəzi (BARDA) direktoru Rays Braygt Trampın dəstəklədiyi malyariyanın müalicəsində istifadə olunan hidroksiklorokin dərmanına görə işdən çıxarıldığını açıqlayıb. Rays açıqlamasında "Mən ölümcül virusa qarşı mübarizənin nə siyasət, nə də insan aldatma ilə olmayacağını bilirəm. Mən elmlə yol göstərməyə inanıram" deyib.
Trampın təriflədiyi dərmana qarşı çıxan Rays, Biotibb Araşdırma və İnkişaf Mərkəzinin direktoru vəzifəsindən çıxarılaraq Milli Səhiyyə İnstitutu direktoru vəzifəsinə təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top