Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlanıb


Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Mingəçevir şəhəri 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib. Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə, Polis Şöbəsinə gətirilib və onun barəsində  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top