ABŞ-da koronavirusdan ilk ölümlərin daha əvvəldən başladığı müəyyən edilib


ABŞ-da koronavirusdan ilk ölümün bilinən tarixdən ən az 3 həftə əvvəl baş verdiyi ekspertiza yolu ilə müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kaliforniya Santa Klara Təcili Tibbi Yardım Mərkəzi açıqlama yayıb.
Açıqlamada məhkəmə tibb mütəxəssisi 6 və 17 fevral tarixlərində həyatını itirən iki nəfərin meyidi üzərində aparılan ekspertizanın nəticələrini Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (CDC) göndərdiyini və CDC-nin ölüm səbəblərini COVID-19 olaraq təsdiqlədiyini bildirib.
Buna qədər mütəxəssislər ABŞ-da koronavirusdan ilk ölümün 29 fevralda Vaşinqtonda baş verdiyini güman edirdilər.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 849 092-yə çatıb, 47 681 nəfər xəstəlik səbəbindən həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top