ABŞ-da ilk dəfə ev heyvanlarında COVID-19 aşkarlanıb


Koronavirus ilk dəfə ABŞ-ın Nyu York ştatında 2 ev pişiyində aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, amerikalı mütəxəssislər Nyu-York ştatında ev pişiklərinin koronavirusa yoluxmasını qeydə alıblar.
Qeyd olunub ki, bu ABŞ-da ev heyvanları arasında koronavirusa ilk yoluxma halıdır.
Ştatın müxtəlif yerlərində yaşayan iki pişiyin sahiblərindən və ya qonşularından yoluxduğu ehtimal edilir. Ev heyvanlarında yüngül tənəffüs xəstəliyinin simptomları mövcuddur. Heyvanların sağalması gözlənilir.
Qeyd edək ki, Nyu-Yorkun zooparkında bir neçə pələng və şirin koronavirusa yoluxması təsdiqlənmişdi.

DİGƏR XƏBƏRLƏR

Top