
İspaniya Konqresi COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-na qədər uzatmaq haqqında hökumətin təklifini bəyənib.
İclasda 300-ə yaxın millət vəkili onlayn səs verib.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət müddəti üçüncü dəfə uzadılıb.
İspaniya koronavirusdan ən çox zərər çəkmiş ölkələrdən biridir. İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 208 389 yoluxma, 21 717 ölüm halı qeydə alınıb, 85 915 xəstə sağalıb.//Report
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                