Antalya valisi 16 milyon xarici turistə məktub yazacaq


Antalya valisi Münir Karaloğlu ötən il bölgədə istirahət edən 16 milyon xarici turistə “Evdə qal, lakin Antalya barədə xəyal qur” (Dream Home Antalya) mesajı yazacağını elan edib.

AZƏRTAC “Turizm Guncel” nəşrinə istinadla xəbər verir ki, Münir Karaloğlunun sözlərinə görə, turizm koronavirus pandemiyasından sonra tez bir zamanda bərpa ediləcək sahə ola bilər. Bu səbəbdən hətta böhran zamanı da müştərilərlə ünsiyyət qurmaq və pandemiyanın öhdəsindən uğurla gələn vilayət barədə məlumat vermək lazımdır.

“Ötən il bizə 16 milyon turist səfər edib və biz onların hər biri ilə ayrıca ünsiyyət qurmaq istəyirik. Onlara “Evdə qal, lakin Antalya barədə xəyal qur” mesajı göndərəcəyik”, - deyə vali bildirib.

Münir Karaloğlu Antalya kurortlarını ziyarət edən qonaqlarla elektron poçt və messencerlər vasitəsilə əlaqə saxlayaraq pandemiyadan sonra onları qonaq gözlədiklərini xatırlatmağı vacib hesab edir. Hazırda isə turistlərin istirahətinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top