"Mübariz Mənsimovun azadlığa buraxılması ilə bağlı yayılan xəbərlər əsassızdır" - "Palmali"dən AÇIQLAMA


"Mübariz Mənsimovun azadlığa buraxılması yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barəbə yayılan xəbərlər əsassızdır"
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Palmali"nın mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva feyzbuk profilində məlumat paylaşıb.
O insanları yalan məlumatlara inanmamağa çağırıb: "Bir daha xahiş edirik ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynamayın. Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın".
 Qeyd edək ki, bu gün bəzi mətbuat orqanlarında Mübariz Mənsimovun həbs qərarının ev həbsi ilə əvəz olunması ilə bağlı xəbərlər yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top