
Türkiyədə koronavirusdan ölən tibb işçilərinin sayı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Təbiblər Birliyi məlumat yayıb.
Məlumata görə, aprelin 1-dən bu günə kimi Türkiyədə 24 tibb işçisi vəfat edib ki, onlardan 14-ü həkim olub.
Bildirilib ki, indiyədək 3474 tibb işçisi COVID-19 virusuna yoluxub.