"Kurtlar Vadisi" serialının tanınmış aktyoru vəfat etdi - FOTO


"Kurtlar Vadisi" serialınının tanınmış aktyoru Umut Demirdələn dünyasını dəyişib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, 67 yaşındakı aktyor Umut Demirdələn uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkirdi.
Yaxınları onun yeni növ koronavirusa yoluxduğundan şübhələnsə də xəstəxanada 3 dəfə ayrı-ayrı vaxtlarda verdiyi koronavirus testlərinin nəticələri mənfi çıxıb.
Qeyd edək ki, Umut Demirdələn Türkiyədə bir çox serialda çəkilib. Onu ictimaiyyətə ən çox tanıdan isə  məşhur "Kurtlar Vadisi" serialında oynadığı ABŞ kəşfiyyatının əməkdaşı rolu olub. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top