
Çində yeni növ koronavirusdan sağalan həkimin dərisin rənginin qaralmasının səbəbi açıqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, çinli həkimlər COVID-19-dan sağaldıqdan sonra dərisinin rəngi qaralan kardioloq Yi Fan və uroloq Hu Ueifenq haqqında açıqlama verib.
Onların sözlərinə görə, xəstələrin dəri rənginin dəyişmə səbəbi virusun qaraciyəri zədələməsidir.
Hu Ueifenq Çin mətbuatına verdiyi açıqlamada belə deyib: "Ayılanda səhhətimin yaxşı olduğunu dedilər. Həmin vaxta qədər çox qorxurdum, tez-tez kabuslar görürdüm".
"Huazhong" Elm və Texnologiyalar Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Sonq Yianxin dəri rəngi dəyişən xəstələr barədə açıqlama verib: "Müalicə müddətində hər iki xəstənin daxili orqanları, xüsusilə qaraciyər zədələnib. Beləliklə normalda qaraciyərdə depolanan dəmir, orqanlar düzgün çalışmadığı qan damarlarına dolub. Bu səbəblə dərinin rəngi dəyişərək qaralıb. Ancaq, vaxt ötdükcə dəri rəngi yenidən əvvəlki vəziyyətinə qayıdacaq".
Ruslan Yusibov