Ağdam rayonundan acınacaqlı mənzərə.
Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Alıbəyli-2 qəsəbəsində karantin dövrünə qədər şagirdlərə tədris prosesi bu çadırda aparılıb. Kənd sakinləri mövcud vəziyyətdən narahatlıqlarını sosial şəbəkə vasitəsilə bildiriblər.
Məsələ ilə bağlı sorğumuza Təhsil Nazirliyindən verilən cavabda hazırda məktəbin fotoda göründüyü halda olduğu təsdiq olunub.
Bildirilib ki, Ağdam rayon Alıbəyli-2 qəsəbə tam orta məktəbinin təmir-tikinti işləri ilə bağlı məsələ investisiya proqramında nəzərdə tutulacaq.


Tətbiqimizi yükləyə bilərsiniz