
Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.
Belə ki, ərazidə tikilən hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən Abşeron rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Bəhruz Akif oğlu 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılıb.
O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.(APA)
Tətbiqimizi yükləyə bilərsiniz