İlkin Süleymanov ailəsi ilə telefonla danışıb: “Mən durduğum yerdə...” - VİDEO


Tovuzun Dondar Quşçu kəndində öldürülüb, yandırılan 10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanov ilk dəfə valideynləri ilə telefonla danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İlkin Süleymanovun qardaşı  Bəhruz Süleymanov  video çəkərək məlumat yayıb.
O, gözyaşlarını saxlaya bilməyib və qardaşının haqsız yerə həbs olunduğunu iddia edib: “Mən, bu dəqiqə atamgilnən danışdım. Onlar İlkinlə telefon əlaqəsi saxladığını dedilər. 20 apreldə Ombudsman sayəsində telefonla danışığı baş tutub. Hərdən deyirlər kişilər ağlmaz. Amma elə haqsız yerə olan acılar var ki... Dağ-daş da ağlayar bu haqsızlığa!”
Bəhruz Süleymanov gözyaşları içərisində dərdin dözülməz olduğunu və İlkinin  yalnız bir söz dediyini bildirdi: “O, dedi ki, mən durduğum yerdə, heç xəbərim olmadığı hadisədən hal-hazırda əzab çəkirəm. Olan mənə oldu. Ən azından siz öz sağlamlığınızı qoruyun”. 
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. 
Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top