Rusiyadan 500-dən çox Azərbaycan vətəndaşı qayıtdı


500-dən çox Azərbaycan vətəndaşı Dağıstanın Məhəmmədkənd vilayətində yerləşən Yaraq-Qazmalyar beynəlxalq gömrük keçid məntəqəsindən keçərək ölkəyə qayıdıblar.
Yeniavaz.com
“TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dağıstanın Məhəmmədkənd vilayətinin administrasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ölkəyə qayıtmaq istəyən vətəndaşlar üçün Rusiya-Azərbaycan sərhədində xüsusi dəhliz təşkil olunub.
“Aprelin 20-nə keçən gecə iki tərəfin razılığı ilə Rusiya - Azərbaycan sərhəddində xüsusi dəhliz təşkil edilib. 548 Azərbaycan vətəndaşı vətəninə qayıdıb. Bu şəxslərin hamısı koronavirusla əlaqədar olaraq Rusiya ərazisini vaxtında tərk edə bilməyənlər idi. Bu səbəbdən onlar bölgəmizin ərazisinə yerləşdirilmişdi. Hazırda isə sərhədlər artıq bağlanıb, giriş-çıxış dayandırılıb”,- deyə açıqlamada qeyd olunub. 
Məlumata görə, Rusiyanın müxtəlif bölgələrindən olan Azərbaycan vətəndaşları sözügedən gömrük-keçid məntəqəsinə aprelin əvvəlindən gəlməyə başlayıblar.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top