Neft bazarında çöküş davam edir - SON QİYMƏTLƏR


Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 16,6% ucuzlaşaraq hazırda 1 barelə görə 16,1 dollar təşkil edir.
Yeniavaz.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin dəyəri isə bu gün 8,6% ucuzlaşaraq hazırda 1 barelə görə 10,6 dollar olub.
Məlumat üçün bildirək ki, ötən gün ABŞ-a məxsus WTI markalı neftin dəyəri (may ayı müqaviləsi) tarixində ilk dəfə olaraq bir gün ərzində 308% ucuzlaşaraq mənfi 38 dollar düşüb.
Dünya bazarlarında xam neftin sürətlə ucuzlaşması öz təsirini benzinin qiymətində də göstərməyə başlayıb. Bu gün Nyu-Yorkun NYMEX əmtəə birjasında benzinin dəyəri (mayda ixrac etməklə) 7,2% ucuzlaşaraq hazırda 1 qallona görə 47,4 sent olub. Bu o deməkdir ki, hazırda dünya bazarında benzinin 1 litrinin qiyməti təxminən 12 sentə (21 qəpik) bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top