Cəlilabad rayonu, Günəşli kənd sakini İlkin Məmmədov 190 manat birdəfəlik ödəniş almaq üçün müraciət etsə də, imtina cavabı alıb. Amma SMS-də onun yox, başqasının ad-soyadı qeyd olunub.
Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbər verir ki, İlkin Məmmədov bu müavinətin düşüb-düşməməsi ilə maraqlanır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə deyib ki, bu tipli problemlərlə tez- tez rastlaşırlar. Bu isə vətəndaşlar tərəfindən edilən səhvlə bağlıdır.
Əsmər Nəcməddinqızı bildirib ki, əvvəllər bir nömrə ilə bir neçə şəxs qeydiyyatdan keçə bilirdi. Artıq 190 manat müavinətin verilməsi ilə bağlı portalda dəyişiklik edilib.
Vətəndaş qeydiyyatdan keçən zaman telefonuna təsdiq kodu veriləcək. Bu da birbaşa vətəndaşların başına gələ biləcək bu tipli problemlərdən onları sığortalayacaq.