Koronavirusa yoluxan azərbaycanlı hakim xəstəxanadan buraxıldı


Türkiyənin Karabük bölgəsində koronavirusa yoluxan azərbaycanlı futbol hakimi İsa Məmmədov xəstəxanadan evə buraxılıb.

Bu barədə "İhlas" agentliyinə Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinin (TFFHGD) sədri Taner Tuncer açıqlama verib. O bildirib ki, Məmmədovun 10 günədək davam etmiş müalicəsinin ardından iki koronavirus testinin nəticəsi neqativ çıxıb. Tuncer referinin daha 14 gün evində keçirdikdən sonra müalicə prosesinin tamamlanacağını vurğulayıb.

Sədr Məmmədovun nəfəs almaqda çətinliyinin artıq qalmadığını, dad və qoxu hisslərinin də yavaş-yavaş yerinə qayıtdığını əlavə edib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.//Report

DİGƏR XƏBƏRLƏR

Top