​Mübariz Mənsimovun 6 gəmisinə həbs qoyuldu


Türkiyədə həbs edilən "Palmali Şirkətlər Qrupu"nun rəhbəri Mübariz Mənsimovun 6 yük gəmisinə həbs qoyulub. 
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan və yaxın qohumları ilə uzun müddət bir yerdə çalışan Mübariz Mənsimovun 6 gəmisinə "Hamburg Commercial Bank" tərəfindən əl qoyulub. Buna səbəb kimi isə onun banklara və bəzi şirkətlərə 600 milyon dollar borcu olduğu göstərilib. "Palmali Holdinq"ə göndərilən rəsmi məlumatda 2018-ci ildən bu günə qədər kredit borclarının ödənmədiyi göstərilib. Bu səbəbdən holdinqə məxsus 6 yük gəmisinin ən qısa vaxtda banka təhvil verilməsi tələb edilib.

DİGƏR XƏBƏRLƏR

Top