Nazir onu aparat rəhbəri təyin etdi


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin müvafiq əmri ilə Vüqar Süleymanov Aparat rəhbəri təyin olunub.

V.Süleymanov bundan əvvəl sözügedən nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb. 

Xəbəri Unikal.org-a nazirliyinin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Aparat rəhbəri Vüqar Kərimov olub.

DİGƏR XƏBƏRLƏR

Top