2019-cu ildə ABŞ-da 3 milyon 100 min insan ölüb


ABŞ-da yeni növ koronavirus səbəbilə baş verən ölümlər digər xəstəliklərdən qaynaqlanan ölümlərlə müqayisə edilib.
Yeniavaz.com
İHA-ya istinadla xəbər verir ki, ABŞ-da müxtəlif xəstəliklər səbəbilə təkcə 2019-cu ildə 3 milyon 100 min adam dünyasını dəyişib. Bu isə gün ərzində təxminən 8 min 500 nəfərin ölməsi deməkdir. Verilən məlumatlarda ölüm hallarının 23 faizinin qəlb xəstəlikləri səbəbilə baş verdiyi bildirilib. 38 min 800 nəfər odlu silahdan açılan atəş nəticəsində, 80 minə yaxın insanın isə qripdən dünyasını dəyişib. Məlumat üçün deyək ki, ABŞ-da ölüm səbəbləri içərisində ən sonuncu yerdə intihar dayanır.
Qeyd edək ki, bütün dünyada yayılan yeni növ koronavirus səbəbilə ABŞ-da bu günə qədər 42 min 518 nəfər dünyasını dəyişib, 792 min 938 nəfər isə həmin xəstəliyə yoluxub. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top