Bakıda jurnalistin oğurlanaraq döyülməsi iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA


"Azad Söz" internet televiziyası ilə əməkdaşlıq edən jurnalist Teymur Kərimovun döyülməsi xəbəri yayılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazaadə “facebook” da yazıb və əlavə edib: “Hüquq - mühafizə orqanlarından bu hadisəni dərhal araşdırmağı və günahkarların cəzalandırılmasını tələb edirəm”.
Sosial şəbəkələrdə Teymur Kərimovun Əli Kərimlidən alınmış müsahibəni əməkdaşlıq etdiyi "Azad Söz" kanalına çatıdrmaq istəyərkən oğurlanaraq döyüldüyü iddia edilib: “Dünən AXCP sədri Əli Kərimlidən alınmış müsahibəni əməkdaşlıq etdiyi "Azad Söz" kanalına çatıdrmaq istəyən jurnalist Teymur Kərimov oğurlanaraq vəhşicəsinə döyülüb, texniki avadanlıqları sındırılıb, müsahibənin də olduğu çəkiliş kartı əlindən alınıb”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev Yeniavaz.com-a bildirdi ki, məsələ barədə məlumatı yoxdur. Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov isə məsələnin araşdırılacağını dedi.

DİGƏR XƏBƏRLƏR

Top