Azərbaycan neftinin satış qiyməti və maya dəyəri AÇIQLANDI


Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün 0,85 dollar ucuzlaşaraq 21,30 dollara düşüb.
Yeniavaz.com 
xəbər verir ki, “Azeri Light" markalı neft tarixi ərzində ən aşağı səviyyəyə bu ilin aprel ayının 2-də düşərək 1 bareli 16,54 dollara satılıb.
Bundan əvvəl isə "Azeri Light" markalı  neftinin qiyməti sonuncu dəfə 19 il əvvəl - 2001-ci ilin dekabr ayında ən aşağı səviyyəyə düşüb. 2001-ci ilin dekabr ayında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 19,15 dollar olub. "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Məlumat üçün bildirək ki, dünən SOCAR-ın Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov sosial şəbəkə hesabında Azərbaycan neftinin maya dəyırinin 9 dollar olduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top