Sosial şəbəkələr istifadəçiləri mayın 4-dən etibarən 9-11-ci siniflərdə tədrisin bərpa olunacağı ilə bağlı məlumatların yayıldığını iddia edir və buna dair müzakirələr aparırlar.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Modern.az-a bildirib ki, hazırda bu məsələ müzairə edilmir.
İ.Məmmədov qeyd edib ki, ümumiyyətlə belə bir fikir yoxdur:
“Orta məktəblərdə tədrisin bərpası ilə bağlı konkret fikir yoxdur. Əgər olarsa, təbii olaraq, bu barədə ictimaiyyətə məlumat veriləcək”.