Virusoloq: "Futbolçular oyuna maska ilə çıxsın"


Belçikalı məşhur virusoloq və epidemioloq Mark Van Ranst təklif edir ki, koronavirusla mübarizə günlərində futbol matçları keçiriləcəyi halda oyunçular meydançalara maskasız çıxmasın.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, yenidən keçirilməyə başlanacaq liqalar üçün virusoloq belə bir təkliflə çıxış edib. Ranst vurğulayıb ki, klassik əməliyyat maskaları heç bir işə yaramayacaq. O, velosipedçilər və amerikalı futbolçuların istifadə etdiyi, onlayn şəkildə də asanlıqla əldə edilən xüsusi maskaların istifadəsinin daha məntiqli olacağını bildirib. Bu maskalar hava kirliliyi əleyhinə istifadə olunur. 
Qeyd edək ki, Ranstın indi təklif etdiyi bu fikri İtaliyada liqalar təxirə salınmamışdan əvvəl "Benevento" və "Peskara" komandaları irəli sürmüşdü. Amma təklif hakim tərəfindən rədd cavabı almışdı.

DİGƏR XƏBƏRLƏR

Top