Sumqayıtdan Bakıya gələn qatar yolda qaldı - SƏBƏB


Bu gün saat 08:20-də Baş Sumqayıt - 5-cı blok/post mənzilində kontakt şəbəkədə nasazlıq yaranıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə nəticəsində Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimə qeydə alınıb. 
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramovanın sözlərinə görə elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb.
Təcili bərpa işlərinə başlanılıb.
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top