Neftin bazarında SON QİYMƏTLƏR


Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri hazırda 1 barelə görə 25,1 dollar təşkil edir.
Yeniavaz.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin dəyəri isə bu gün 103% bahalanaraq hazırda 1 barelə görə 1,36 dollar olub.
Məlumat üçün bildirək ki, dünən ABŞ-a məxsus WTI markalı neftin dəyəri tarixində ilk dəfə olaraq bir gün ərzində 308% ucuzlaşaraq mənfi 38 dollar düşüb..
Qeyd edək ki, neftin qiymətinin mənfiyə düşməsi artıq həmin neftə tələbin olmamsı deməkdir. Neft istehsalçıları əllərində qalan nefti sata bilmək üçün alıcılara neftin üzərində əlavə pul təklif edirlər. 
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top