KİV: Şimali Koreya liderinin vəziyyəti ağırdır – Əməliyyat edilib


ABŞ-ın "CNN" televiziyası Şimali Koreya lideri Kim Çen Inın əməliyyat keçirdiyini və vəziyyətinin çox ağır olduğunu iddia edib.
Yeniavaz.com
xəbər verir ki, "CNN"ə bu haqda məlumat verən ABŞ kəşfiyyatı Şimali Koreya liderinin ürək-damar problemləri səbəbilə əməliyyat olunduğunu və vəziyyətinin yaxşı olmadığını bildiriblər. Adını açıqlamayan digər bir ABŞ səlahiyyətlisi, 36 yaşlı Kim Çen Inın vəziyyətinin ciddi olduğunu deyib.
Cənubi Koreya hökumətinin nümayəndələrindən biri isə, ölkədəki “Yonhap” agentliyinə bu barədə açıqlama verərək bildirib ki, Şimali Koreya liderinin vəziyyəti ağır deyil, o sadəcə ürək-damar sistemində olan problemlərə görə əməliyyat olunub. Şimali Koreyadan qaçaraq bu ölkəyə sığınmış şəxslərin qurduğu “Daily Nk” xəbər saytı isə, Kim Çen Inın sağlamlığının pozulmasını hədindən artıq siqaret çəkmək, ağır iş sistemi və artıq çəkilərlə əlaqələndirib.
Qeyd edək ki, Kim Çen Inın aprelin 15-də ölkənin qurucusu olan babası Kim İr Senin ad günü münasibətilə təşkil olunan, Şimali Koreyanın ən vacib tədbirində iştirak etməməsi beynəlxalq ictimaiyyətin marağına səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top