Tramp neftin mənfiyə düşməsini şərh etdi - "Bu qiymət ABŞ-ın..."


ABŞ prezidenti Donald Tramp neftin mənfiyə düşməsinə münasibət bildirib.
Yeniavaz.com
xəbər xarici KİV-ə istinadən xəbər verir ki, Tramp neftin hazırkı qiymətini heç kimin avtomobil idarə etməməsi ilə əlaqələndirib: "Bu enişin səbəbi, hazırda heç kimin avtomobil idarə etməməsidir. Zavodlar, fabriklər, iş yerləri bağlıdır. Düşünürəm ki, 1 aydan sonra neftin qiyməti 25-28 dollara qalxacaq". 
O, ehtiyatlara 75 milyon barelə qədər neft əlavə etmək niyyətini bildirib.
"Bu qiymət ABŞ-ın “qara qızıl” ehtiyatlarını tamamilə doldurmağa imkan verəcək. Biz milli ehtiyatlarımızı, strateji rezervlərimizi doldururuq və ehtiyatlarımıza 75 milyon barelə qədər əlavə etməyə ümid edirik. Və bu, uzun müddət ərzində ilk dəfə baş verəcək” - deyə, Tramp qeyd edib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top