ÜST: Dünyada pandemiya qurbanlarıının sayı 157,8 mini ötdü


Son bir gündə dünyada koronavirusa yoluxanların sayı daha 72 min nəfər artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Qeyd edilir ki, bununla da dünyada koronavirusa yoluxanların sayı 2 314 621 nəfərə, həmçinin pandemiya qurbanlarının sayı 157 847 nəfərə çatıb.

Dünyada son bir gündə koronavirusdan ölənlərin sayı 5 296 nəfər artıb.

Ən çox yoluxmalar və ölüm halları Avropada müşahidə olunur. Köhnə qitədə ümumilikdə virusa 1 149 071 yoluxma və 103 586 ölüm qeydə alınıb. Qitə ölkələrində bir gün ərzində virusa yoluxanların sayı 26 882 təşkil edib, 2 648 ölüm qeydə alınıb. //Report

DİGƏR XƏBƏRLƏR

Top